Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin İqlim və Sağlamlıq üzrə xüsusi nümayəndəsi Robb Butler ilə görüşüb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial media hesabında paylaşım edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Şamaxı sakinlərinin evində qonaq olub. Primeinfo.az xəbər verir ki, o bu barədə görüntüləri instaqram hesabında paylaşıb. “Şamaxı rayonunun Şirvan kənd sakini İxtiyar Qocayevin və Meysəri kənd sakini Vəli Şahverdiyevin evlərində qonaq olduq.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva instaqram hesabında Lənkərandakı Sitrus bağlarından paylaşım edib. Primeinfo.az həmin paylaşımı təqdim edir:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. Primeinfo.az həmin paylaşımı təqdim edir: Посмотреть эту публикацию в Instagram Публикация от Official page of Leyla Aliyeva (@leyla999)
Dekabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib. Primeinfo.az xəbər verir ki, ziyarət çərçivəsində müəssisənin fəaliyyəti, tibbi xidmətlərin təşkili və uşaqlar üçün yaradılan şəraitlə tanışlıq olub. Dispanserdə aparılan yenilənmə işləri, göstərilən diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər müzakirə edilib.
Dekabrın 11-də Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılış mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev iştirak ediblər. Leyla Əliyeva əvvəlcə Heydər Əliyev Fondunun himayəsi altında xəstəxanada müalicə alan azyaşlıya baş çəkib, onun səhhəti ilə maraqlanıb, hədiyyə təqdim edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda keçirilən “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusundakı beynəlxalq konfrans çərçivəsində dekabrın 10-da Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüş zamanı Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlər, o cümlədən Heydər Əliyev Fondu ilə Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun birgə əməkdaşlığının iki dövlətin yüksəksəviyyəli əlaqələrinə verdiyi töhfə vurğulanıb. Türkmənistanda keçirilən beynəlxalq konfransın qadınların siyasi və iqtisadi həyata fəal cəlb olunmaları, çoxtərəfli dialoqun və tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Dekabrın 10-da Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” Milli Turizm Zonasında “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib. Primeinfo.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransda iştirak edib. Qonaqlar əvvəlcə Türkmənistanın zəngin mədəni irsini və bugünkü uğurlarını nümayiş etdirən sərgi ilə tanış olublar.
Dekabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışı olub. Primeinfo.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva iştirak ediblər. Tədbirdə çıxış edən Oğulcahan Atabayeva Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə yaradılan Fondun irimiqyaslı və səmərəli iş apardığını diqqətə çatdırıb.