Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Maaş

73 mindən çox müəllimin maaşı artırılıb

2025-ci ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 19 681, uğur qazananların sayı isə 16 587 nəfər olub. Primeinfo.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin hesabatında qeyd olunub. “Ümumilikdə 73 262 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır.

Kimlərə iki dəfə çox maaş ödəniləcək? - Deputat açıqladı

“Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq.

Maaşlar ayda iki dəfə veriləcək - Qanun dəyişir

Aylıq əməkhaqları iki dəfə veriləcək. Primeinfo.az xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir.

Bu şəxslərin maaşı artırılacaq

Məhkəmə ekspertlərinin əməkhaqları artırılacaq. Primenifo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyada öz əksini tapıb. Sənəddə görüləcək işlər aşağıdakı kimi qeyd olunub: – Beynəlxalq təcrübə və iş yükünün dinamikası nəzərə alınmaqla, məhkəmə ekspertizası idarələrinin ştat vahidlərinin sayının artırılması ilə bağlı təkliflərin hazırlanması; – Məhkəmə ekspertinin ixtisası üzrə tələb olunan baza ali təhsil sahələrinin müəyyən edilməsi və bu sahələrdə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi üzrə tədbirlər görülməsi; – Məhkəmə ekspertlərinin nəzəri-praktiki hazırlığı, habelə onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu məqsədlə xüsusi təlim proqramlarının hazırlanması; – Məhkəmə ekspertlərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən əməkhaqlarının artırılması ilə bağlı təkliflərin hazırlanması.

Maaş artımı pensiyalara necə təsir edəcək?

Azərbaycanda orta aylıq əmək haqqı bu ilin ilk 10 ayında 9.5 faiz artaraq 1087 manata çatıb. Neft sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək əməkhaqqı qeydə alınıb. Maaşlardakı artım pensiyalarin indeksləşdirilərək hansı faizlə artırılmasının müəyyənləşdirilməsi baxımdan da vacibdir.

Azərbaycanda bu müəllimlərin maaşı artırıldı - RƏSMİ

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda rektor Rüfət Əzizovun təqdimatı əsasında professor-müəllim heyətinin əməkhaqlarının artırılması barədə qərar qəbul olunub. Primeinfo.az modern.az-a istinadla xəbər verir ki, yeni qərara əsasən əməkhaqqılareda aşağıdakı kimi dəyişiklik edilib.

Bu şəxslərin maaşı artaraq 1971,0 manata çatıb

Dövlət qulluğuna qəbul olunma qaydalarının daha da təkmilləşdirilməsi hər zaman prioritet olaraq qalmaqdadır. Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 30,3 faizini qadınlar təşkil edir. Primeinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Bu həkimlərin maaşı 3 dəfə artırıldı – RƏSMİ

Nazirlər Kabineti Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında qərar verİb. Primeinfo.az bildirir ki, qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı artım əmsalları tətbiq ediləcək: – baş həkim – 3,0 dəfə; – baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq – 2,5 dəfə; – baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib – 2,0 dəfə; – təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 dəfə. Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.