Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: müharibə

Hakan Fidan: "Rusiya-Ukrayna müharibəsi həll yoluna yaxınlaşıb"

“Rusiya ilə Ukrayna arasındakı müharibə potensial həll yoluna yaxınlaşıb”. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Onun sözlərinə görə, həm hərbi əməliyyatların dəyişən dinamikası, həm də artan iqtisadi təzyiqlər nəzərə alınmaqla, münaqişə tərəflər üçün getdikcə dözülməz hala gəlir.

Rusiya Kiyevə hücum edib: 4 ölü, 29 yaralı

Rusiya ordusunun Kiyevə endirdiyi zərbələrdən sonra baş verən partlayış və dağıntılar nəticəsində yaralıların sayı 29 nəfərə çatıb. Primeinfo.az xəbər verir ki, dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edildiyindən, axtarış-xilasetmə əməliyyatı davam edir. Yaralılar arasında 7 və 10 yaşlarında iki uşaq, həmçinin hamilə qadın var.

Elşad Hacıyev: “600 nəfərin hamısı eyni anda “Hazırıq!” dedilər - FOTO

“Hərbi əməliyyatlar başladığı dövrdə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarından 300 nəfərlik xüsusi təyinatlı qrupun seçilməsi tapşırığı verilib”. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev “Facebook” sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, həmin vaxt sırada 600 nəfər xüsusi təyinatlı dayanıb və komandanlıq “yalnız 300 könüllü irəli çıxsın” əmri verib.

İlham İsmayıl: “Putinin planı 15 günə Donetskini tam almaq və özünü qalib elan etməkdir” – VİDEO

“Putin çalışır ki, noyabrın 20-dək həm Pokrovskini, həm Mirnoqradı, həm də onun ətrafındakı digər yerləri ələ keçirsin. Hətta gücü çatsa, Donetsk vilayətini bütövlükdə alsın və özünü qalib elan etsin”. Primeinfo.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində səsləndirib.

Əli Mustafa: “Rusiyada çevriliş ola bilər” – VİDEO

  “Amerika mümkün olan hər şeyi edir ki, Rusiya Ukraynaya qarşı müharibəni dayandırsın. Amma anlaşılan odur ki, Putin hələ dayanmaq fikrində deyil”. Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

DİN-də sıra baxışı: 14 müharibə iştirakçısı da seçildi

  Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 27-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Primeinfo.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 189 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 14 nəfəri Vətən müharibəsi iştirakçısıdır. Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.