Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: polis

İranda etirazlarda daha bir polis əməkdaşı öldürülüb

İranın Rudbar şəhərində polis idarəsinə hücum zamanı polis əməkdaşı öldürülüb. Primeinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Məlumata görə, etirazçıların ov tüfəngindən açdığı atəş nəticəsində ağır yaralanan polis əməkdaşı Məhəmməd Puribrahim həyatını itirib.

Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, polis əməkdaşlarının yanvarın 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Polis narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar. Onlardan 12 kiloqram 962 qram narkotik maddə marixuana aşkarlanıb.

Xətaidə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Paytaxt sakini polisə müraciət edərək tanışının ondan hədə-qorxu yolu ilə pul tələb etdiyi barədə məlumat verib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı C.Mikayılov müəyyən olunaraq saxlanılıb.

Avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb

Abşeron rayonu Xırdalan şəhəri ərazisində yaşayan sakinlərdən biri evinin qarşısında saxladığı “Range Rover” markalı avtomobilinin şüşələri və arxa işıqlarının sındırıldığı, həmçinin nəqliyyat vasitəsinin şinlərinin qəsdən yararsız hala salındığı barədə polisə məlumat verib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, o, şikayətində hadisə zamanı əmlakına 11000 manat maddi ziyan dəydiyini bildirib.

Polis bu məktəbi 24 saat qoruyacaq

Bakının 132-134 saylı Təhsil Kompleksində Daxili İşlər Nazirliyinin (DİN) mühafizə xidməti fəaliyyətə başlayıb. Primeinfo.az xəbər verir ki, xidmət məktəbin müraciəti əsasında DİN-in Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşlarından ibarət heyət tərəfindən təşkil olunub. Mühafizə xidməti məktəbin ərazisinin qorunması ilə yanaşı, şagirdlər və müəllim kollektivi üçün təhlükəsizliyin təmin edilməsinə yönəldilib.

Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, son iki gün ərzində paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 26 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Ötən gün pirotexniki vasitələr satan 12 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 12 nəfər müəyyən olunaraq saxlanılıb.

Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 20 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.