Avropanın aparıcı dövlətlərinin liderləri hesab edirlər ki, ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh planının (ABŞ Prezidenti Donald Trampın 28 maddəlik sülh planı – Qeyd) ən azı dörd bəndi dəyişikliklər tələb edir. Primeinfo.az xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Qəzetin yazdığına görə, ilk növbədə, onlar Rusiyanın Krım, Donbas və digər Ukrayna əraziləri üzərində suverenliyinin tanınması təkliflərindən narazıdırlar.
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna Vaşinqtonun təklif etdiyi sülh planına 27 noyabra qədər razılıq verməlidir. Primeinfo.az xəbər verir ki, Tramp bunu Fox News radiosuna müsahibəsində deyib: “Məndə çox vaxt son tarixlər olur, amma proses yaxşı gedirsə, onları dəyişmək mümkündür. Biz hesab edirik ki, bu dəfə üçün ən uyğun tarix cümə axşamıdır”, – Ağ Ev rəhbəri vurğulayıb.
“İstər hərbi, istərsə də diplomatik, hüquqi və siyasi müstəvidə Rusiyaya ciddi zərbələr vurulmalıdır”. Primeinfo.az xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib. Rusiya-Ukrayna savaşını şərh edən partiya sədrinin fikrincə, dünya ölkələri Rusiyaya qarşı bütün sahələrdə sanksiyalar tətbiq etməlidir: “Amma bunların heç biri olmur.
“ABŞ-ın təklif etdiyi sülh planında qeyd olunur ki, Rusiya Donbasa nəzarət müqabilində Kiyevə “icarə haqqı” ödəyə bilər. Yəni faktiki olaraq “torpaq qarşılığında pul” sxemi tətbiq ediləcək. Bununla belə, Ukraynanın suverenliyi formal olaraq pozulmayacaq”.
Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirib. Məlumata görə, Rusiya hərbçiləri Zaporojyedə Yablokovo yaşayış məntəqəsini ələ keç
Rusiya ordusunun Kiyevə endirdiyi zərbələrdən sonra baş verən partlayış və dağıntılar nəticəsində yaralıların sayı 29 nəfərə çatıb. Primeinfo.az xəbər verir ki, dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edildiyindən, axtarış-xilasetmə əməliyyatı davam edir. Yaralılar arasında 7 və 10 yaşlarında iki uşaq, həmçinin hamilə qadın var.
Rusiya ordusu Ukraynanın Zaporojye bölgəsindəki Uspenovka kəndini nəzarətə götürüb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, kənd “Şərq” qüvvələr qrupunun bölmələri tərəfindən nəzarətə alınıb.
“Pokrovsk ətrafında vəziyyət son dərəcə gərgindir. Rusiya-Ukrayna müharibəsində hazırda ən ağır vəziyyət Donetsk vilayətinin Pokrovsk şəhəri ətrafında müşahidə olunur”. Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində politoloq Elxan Şahinoğlu səsləndirib.
“Putin çalışır ki, noyabrın 20-dək həm Pokrovskini, həm Mirnoqradı, həm də onun ətrafındakı digər yerləri ələ keçirsin. Hətta gücü çatsa, Donetsk vilayətini bütövlükdə alsın və özünü qalib elan etsin”. Primeinfo.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində səsləndirib.
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov 51-ci ümumqoşun ordusunun iki generalını vəzifələrindən azad edib. Rusiyanın “Teleqram” kanallarının məlumatına görə, buna səbəb ordunun Dobropolye istiqamətindəki uğursuzluqları olub. Primeinfo.az xəbər verir ki, məsələni Prime TV-nin “Qırmızı masa” verilişində şərh edən Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Rusiya ordusunda hazırda vəziyyətin çox gərgin olduğunu bildirib.