Bu gün Rusiya ordusu Donetsk vilayətinə kütləvi hava hücumu edib. Primeinfo.az bu barədə “Ukraina NOW”a istinadən məlumat verir. Qeyd olunur ki, hava hücumları nəticəsində 5 nəfər həlak olub, 17 nəfər yaralanıb: “Nəticədə 95 mülki obyekt dağılıb, onlardan 80-i yaşayış evidir”.
“Rusiya-Ukrayna arasında illərdir davam edən müharibə Moskvaya çatmaq üzrədir”. Bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Rizvan Hüseynov bildirib.
Bu gün Rusiya Ukraynanın Odessa vilayətinin Belgorod-Dnestrovsk rayonuna ballistik raketlərlə hücum edib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Odessa vilayət prokurorluğuna istinadən məlumat verib. Məlumata görə, hücumun hədəfi Tatarbunarı şəhərinin mərkəzi olub.
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinə zərbələr endirib, nəticədə 3 nəfər ölüb, 30-dan çox şəxs yaralanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilib ki, yaralıların əksəriyyətinin vəziyyəti orta ağırdır və xəstəxanaya yerləşdirilib.