Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: sərəncam

3 nəfərə general rütbəsi verildi - SƏRƏNCAM

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən aşağıdakı şəxslərə ali hərbi və xüsusi rütbələr verilib: “general-leytenant” ali hərbi rütbəsi general-mayor Adil Ələsgər oğlu Abdullayevə “general-mayor” ali hərbi rütbəsi polkovnik Fərhad Nəriman oğlu Səmədova polkovnik Seymur Taleh oğlu Qaraşova “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova.

“Yüksəliş” müsabiqəsinin gələn il keçirilməsinə 1 milyon ayrılıb

2026-cı ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməli, “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Ədliyyə Akademiyasına yeni rektor təyin edilib

Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Şahin Əliyev vəzifəsindən azad edilib

Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bakıxanovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Primeinfo.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir: “Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin”.

Azərbaycanda "Gömrük–biznes" inkişaf modeli yaradılacaq

Azərbaycanda “Gömrük–biznes” inkişaf modelinin yaradılması nəzərdə tutulur. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlədiyi Etibarlı Tərəfdaş Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planında öz əksini tapıb. Bundan başqa, sənədə əsasən, etibarlı tərəfdaşlar üçün biznes dürüstlüyünə əsaslanan “Özünüqiymətləndirmə” sisteminin tətbiqi planlaşdırılır.

Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsi tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Primeinfo.az istinadən xəbər verir ki, sərəncamla 2026-2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri işlərinin aparılması təmin ediləcək. Qeyd edilib ki, əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdıran yüksəkkeyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılmasına mühüm töhfə verir.