Prezident İlham Əliyev mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Primeinfo.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək: Abbasov Adil Möhsün oğlu Bağırova Sənubər Yusufovna Həkimova Svetlana Calal qızı Hüseynov Rövşən Maqsud oğlu Mehdiyev Cahangir Yaqub oğlu Məlik-Aslanov Ramiz Lütfəli oğlu Məmmədov Alim Tahir oğlu Məmmədova Rimma Şahbabayevna Mustafayev Mustafa Şura oğlu Nəsirova Hicran Fətəli qızı Rəhimova Adilə Teymurovna. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib
Paytaxt Bakıda və ölkənin müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı müəyyənləşib. Primeinfo.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamında öz əksini tapıb. Siyahıda fəsadların aradan qaldırılması üçün ayrı-ayrı qurumlar – Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən görüləcək işlər əksini tapıb.
Natiq Səhrab oğlu İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qeyd edək ki, o bu vəzifəyə ilk dəfə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il aprelin 23-də təyin edilib.
Hikmət Baba oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçmiş İdarə Heyətinin sədri Zaur Əliyevə yüksək vəzifə verilib.
Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair Qaydalar təsdiqlənib. Primeinfo.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Bu Qaydalar “Yerin təki haqqında” qanuna əsasən hazırlanıb və qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması və bu Qaydalara əsasən müəyyən edilmiş keçid dövründə qeyri-filiz faydalı qazıntı yataqlarından istifadənin tənzimlənməsinin müvəqqəti qaydalarını müəyyən edir.
Prezident İlham Əliyev Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb. Primeinfo.az-ın xəbərinə görə, Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmənin dərinləşdirilməsi, ixracın strukturunun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. “Ötən illərdə həyata keçirilən islahatlar nəticəsində alüminium, qızıl, gümüş və misin sənaye istehsalının əsasları formalaşdırılmış, metal filizi ehtiyatlarının bir hissəsi sənayedə istifadəyə yönəldilmişdir.
Mixail Yuryeviç Zabelin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Zabelin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ordenlə təltif olunub.