Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə bu vəzifəyə Nurlan Rauf oğlu Hacıyev təyinat alıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yeni vəzifələri müəyyənləşib. Primeinfo.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini “Dənizçilik” və “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemlərinin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, bu informasiya sistemlərinin “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə sistemlərin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.
Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Tahir Tağızadə Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qalib Malik oğlu İsrafilov Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Xatırladaq ki, Q.İsrafilov 2021-ci il iyulun 26-da həmin vəzifələrə təyin olunmuşdu.
Esmira Firudin qızı Cəfərova Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiyada, eyni zamanda Monteneqroda və Şimali Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
İşçilərin pay (səhm) iştirakı planı haqqında müqaviləyə dair tələblər müəyyənləşib. Primeinfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Məcəlləyə əsasən, işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə kommersiya hüquqi şəxsin təsisçisinin (iştirakçısının) və ya onun verdiyi səlahiyyət əsasında işəgötürənin təşəbbüsü ilə işçiyə güzəştli şərtlərlə və ya ödənişsiz əsasla müəssisənin paylarının (səhmlərinin) verilməsi və ya gələcəkdə onları əldə etmək (almaq) hüququnun tanınması ilə bağlı məsələləri tənzimləyən ayrıca müqavilədir.
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. Primeinfo.az xəbər verir ki, Sərəncama əsasən, U-15 dünya çempionatı və festivalının Azərbaycanda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq tədbirlərin əlaqələndirilməsi və zəruri məsələlərin həlli 20 yaşadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə həvalə edilib. Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.