Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: sərəncam

Möminə xatun türbəsinin bərpasına 10 milyon ayrıldı - SƏRƏNCAM

Möminə xatun türbəsinin bərpasına 10 milyon ayrıldı - SƏRƏNCAM

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon 566 min (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılıb. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, XII əsr Azərbaycan memarlığının görkəmli nümunəsi olan Möminə xatun türbəsinin kompleks bərpası və konservasiyası işlərinin davam etdirilməsi məqsədilə imzalanıb.

Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib - SƏRƏNCAM

Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib - SƏRƏNCAM

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bir qrup əməkdaşı təltif edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aşağıdakı əməkdaşları təltif ediliblər: “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Hümmətov Namiq Məhəmməd oğlu İsbatov İlqar Aydın oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə Qarayev Abdı Nazim oğlu Nuriyev Eldar Srac oğlu “Tərəqqi” medalı ilə Aslanov Nadir Bahadır oğlu Babayev Zahid Sabir oğlu Kazımlı Elçin Çingiz oğlu Qasımov Read Azər oğlu Məmmədrzayev Cahangir Cavanşir oğlu Rzayev Rövşən Ağarza oğlu Umudov Elçin Azər oğlu Yusifov Nizami Rasim oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Əliyeva Gülbəniz Baba qızı Əzizov Elşən Ələsgər oğlu Mehtiyev Natiq Rəşid oğlu.

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Primeinfo.az xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik təklif edilir. Bununla bağlı qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə olunub.

Xalq şairi Səməd Vurğunun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Xalq şairi Səməd Vurğunun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Primeinfo.az-ın məlumatına görə, sənəddə deyilir: “2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur. Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır.