Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib - SƏRƏNCAM
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi General-mayor İlqar Rza oğlu Abbasov vəzifəsindən azad edilib.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi General-mayor İlqar Rza oğlu Abbasov vəzifəsindən azad edilib.
Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib.
Azərbaycan dəmir yolu nəqliyyatı işçiləri bu sahənin inkişafında səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.
“Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu” təsdiq edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Kamboca Krallığı Hökumətinə bildiriş göndərməlidir.
Polkovnik Anar Müslüm oğlu İsmayılova “general-mayor” ali hərbi rütbəsi verilib. Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Baş prokurorun müavini – Hərbi prokuror Bəhruz Əhmədova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Primeinfo.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.