Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Səhiyyə Nazirliyi

Oruc zamanı enerjini necə qorumalı? – Mütəxəssis AÇIQLADI

“Oruc tutarkən imsak və iftar arasındakı uzun müddət ərzində enerji səviyyəsinin stabil saxlanılması əsasən düzgün qida seçimi və metabolik tarazlığın qorunmasından asılıdır”. Primeinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib. Onun sözlərinə görə, elmi tədqiqatlar göstərir ki, kompleks karbohidratlar, yüksək keyfiyyətli zülallar və sağlam yağlar qanda qlükoza səviyyəsinin daha stabil qalmasına kömək edir və uzunmüddətli toxluq hissi yaradır: “İmsak zamanı tam taxıl məhsulları – yulaf, qara çörək, kəpəkli taxıllar, yumurta, qatıq, pendir, qoz‑fındıq və zeytun kimi qidalar tövsiyə olunur.

Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz yoxlamalarla bağlı əhaliyə müraciət edib. Bu barədə Primeinfo.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, son dövrlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz istifadə olunması halları qeydə alınır: “Belə ki, Mərkəzin adından çıxış edən bəzi şəxslər Bakı şəhərinin müxtəlif rayonlarında, eləcə də respublikanın digər bölgələrində fəaliyyət göstərən obyektlərə yaxınlaşaraq sanitar-epidemioloji vəziyyətin guya qənaətbəxş olmadığı barədə əsassız iddialar irəli sürür, dezinfeksiya, dezinseksiya, deratizasiya və digər xidmətlərin həyata keçirilməsinin zəruri olduğunu bildirir, əks təqdirdə inzibati məsuliyyət tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Ramazan ayında qidalanma və fiziki aktivlik necə olmalıdır? – MÜSAHİBƏ

Ramazan ayı – həm mənəvi, həm də fiziki cəhətdən orqanizm üçün xüsusi bir dövrdür. Oruc tutarkən enerji səviyyəsini qorumaq, həzm sistemini rahat saxlamaq və sağlamlığı təmin etmək üçün qidalanmaya xüsusi diqqət yetirmək lazımdır. Primeinfo.az xəbər verir ki, bu mövzuda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun qastroenteroloqu Hicran Qurbanova qurumun saytına müsahibə verib.

Səhiyyə Nazirliyindən üzərliklə bağlı əhaliyə XƏBƏRDARLIQ

“Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində üzərlik bitkisinin (xalq arasında “üzərlik”, “qarmala” kimi tanınır) istifadəsi, xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma halları ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığının qorunması və maarifləndirilməsi məqsədilə üzərlik bitkisinin tərkibi, onun insan orqanizminə təsiri və bu sahədə mövcud olan risklər barədə aşağıdakıları bildirir”. Primeinfo.az xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin yaydığı məlumatda öz əksini tapıb.

Daha 3 cərraha plastik əməliyyat icazəsi verildi - SİYAHI

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin saytında müvafiq bölmə yenilənib. Hazırda sistemə daha 3 cərrah – Rauf Əşrəfov, Aytac Ağayeva və Nərmin Babazadənin adı əlavə edilib.

Nazirlik 7 tibb işçisini təltif edib

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bir qrup tibb işçisini “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edib. Bununla bağlı müvafiq əmr imzalanıb. Primeinfo.az xəbər verir ki, əmrə əsasən, səhiyyə sahəsində yüksək peşəkarlıq göstərmiş, uzunmüddətli və səmərəli fəaliyyəti ilə fərqlənən 7 tibb işçisi mükafata layiq görülüblər.

"Qrup diyetlərinə aldanmayın" - Səhiyyə Nazirliyinin mütəxəssisindən XƏBƏRDARLIQ

“Qrup diyet proqramları son illərdə geniş yayılmış və xüsusilə sosial şəbəkələr, fitnes mərkəzləri və onlayn platformalar vasitəsilə populyarlıq qazanıb”. Primeinfo.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı qurumun mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb. Onun sözlərinə görə, bu proqramların əsas məqsədi insanların eyni qida rejiminə əməl etməklə, çəkilərinin azalması və ya sağlam həyat tərzinə keçidini təmin etməkdir: “Qrup daxilində motivasiya və nəzarət hissi bəzi insanlar üçün müsbət təsir göstərsə də, elmi baxımdan bu cür standartlaşdırılmış yanaşmalar hər bir fərd üçün təhlükəsiz və uyğun hesab edilə bilməz.

Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertindən ciddi xəbərdarlıq: "Qrup diyetlərinə aldanmayın"

“Qrup diyet proqramları son illərdə geniş yayılmış və xüsusilə sosial şəbəkələr, fitnes mərkəzləri və onlayn platformalar vasitəsilə populyarlıq qazanıb”. Primeinfo.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı qurumun mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb. Onun sözlərinə görə, bu proqramların əsas məqsədi insanların eyni qida rejiminə əməl etməklə, çəkilərinin azalması və ya sağlam həyat tərzinə keçidini təmin etməkdir: “Qrup daxilində motivasiya və nəzarət hissi bəzi insanlar üçün müsbət təsir göstərsə də, elmi baxımdan bu cür standartlaşdırılmış yanaşmalar hər bir fərd üçün təhlükəsiz və uyğun hesab edilə bilməz.

Nazirlik bəzi dərmanlarla bağlı əhaliyə çağırış etdi

“İnternet üzərindən alınan dərmanların mənşəyi məlum olmur. Bu məhsullar, əsasən, bioloji aktiv əlavələrdir və dünyanın heç bir ölkəsində rəsmi olaraq dərman kimi qəbul edilmir”. Primeinfo.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Nahid Məhərrəmov deyib.