
ABŞ prezidenti Donald Tramp gələn həftə beş Mərkəzi Asiya ölkəsinin lideri ilə görüşəcək.
Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, görüş noyabrın 6-da təyin edilib.
İclasda Özbəkistan , Qazaxıstan , Qırğızıstan , Tacikistan və Türkmənistan liderlərinin iştirakı gözlənilir.
Qeyd edək ki, oktyabrın 26-da Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin mətbuat xidməti Vaşinqtonda Mərkəzi Asiya liderləri və Trampın iştirakı ilə sammitin keçirilməsini planlaşdırır.