
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.
Primeinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.
Oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Matçın baş hakimi norveçli Espen Eskos olacaq.
Cavab qarşılaşması isə fevralın 24-də, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.