
Fevralın 6-da Prezident İlham Əliyev AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun vəzifəsindən azad edilməsi, Vüsal Zakir oğlu Nəsirlinin bu vəzifəyə təyin edilməsi haqqında sərəncamlar imzalayıb. Buna qədər Vüsal Nəsirli Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. O, maliyyə naziri Sahil Babayevin kadrı kimi tanınır.
Primeinfo.az xəbər verir ki, bir sıra media orqanları AAYDA-nın yeni rəhbərinin adı Hacı Məmmədov olayında keçən general Zakir Nəsirovun oğlu olması xəbərini yayıb. Primeinfo.az ailə yaxınlarına istinadən xəbər verir ki, Vüsal Həsənovun atası Zakir Həsənov İmişli Elektrik Şəbəkəsində çalışıb və onun general Zakir Həsənovla heç bir qohumluq əlaqəsi yoxdur.
General Zakir Həsənova gəlincə, o, Daxili İşlər Nazirliyində Baş Cinayət–Axtarış İdarəsinin rəisi vəzifəsini tutub. 2005-ci ildə səs-küylü ölüm, adam oğurluğu cinayətlərinin açılması üzrə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi Qara Kəmər əməliyyatı zamanı həbs edilib. Ondan daxili işlər naziri Ramil Usubova qarşı ifadə alınmağa cəhd edilsə də, general ifadə verməkdən imtina edib. Məhkəmənin hökmü ilə ömürlük həbs cəzası alan Nəsirov 2017-ci ildə şərti azadlığa çıxıb.