
XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.
Primeinfo.az xəbər verir ki, tədbirdə AMEA prezidenti İsa Həbibbəyli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Ombudsman Səbinə Əliyeva, mədəniyyət nazirinin müavinləri, deputatlar, digər rəsmilər, eləcə də ədəbiyyat nümayəndələri, xarici qonaqlar və media mənsubları iştirak ediblər.
Açılış nitqlərində beynəlxalq sərginin davamlı keçirilməsinin əhəmiyyəti vurğulanıb, tədbirin Azərbaycan üçün mədəni-elmi hadisə olduğu bildirilib.
Bir həftə davam edəcək sərgidə təqdimat zonalarında, stendlərdə, konfrans otaqlarında 220-dən çox tədbirin keçirilməsi planlaşdırılır.
Sərgidə uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
Sərginin fəxri qonaq ölkəsi Qətərdir.















