
“964 Əlaqə mərkəzi sizi eşidir!”
Primeinfo.az xəbər verir ki, yanvar ayı ərzində “Bakı Metropoliteni” QSC-nin 964 Əlaqə mərkəzi müraciətlərin sürətli, effektiv və sistemli cavablandırılmasını təmin edib.
Ay ərzində vətəndaşlardan Mərkəzə sorğu, təklif və şikayət xarakterli, ümumilikdə 1 315 müraciət daxil olub:
Sosial media müraciətləri – 729
Telefon zəngləri – 393
Elektron məktublar – 193
Operativlik göstəriciləri:
98 % zəng 30 saniyə ərzində və ilk cəhddən cavablandırılıb.
Xətdə gözləmə müddəti orta hesabla 5 saniyə olub.



