Xəbər axtarın

Son axtarış nəticələri:

Yevlaxın keçmiş icra başçısının oğlu tanışını güllələdi - YENİLƏNİB

16.01.2026 16:40

Bu gün saat 11:40 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Primeinfo.az xəbər verir ki, bu barədə Yevlax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

“Sağ budun aşağı üçdə birinin odlu silahla yaralanması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir”, məlumatda qeyd olunub.

***

15.19

Yevlaxda silahlı insident baş verib.

Primeinfo.az-ın məlumatına görə, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Bildirilir ki, Zaur Səmədov Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun oğlu olduğudur.

Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2019-cu ildə həbs olunub. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan keçmiş icra başçısı 2023-cü ilin iyul ayında səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb.

Səhhətindəki problemlər səbəbindən həmin ilin dekabr ayında vəfat edib.

Paylaş: