Xəbər axtarın

Son axtarış nəticələri:

Yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

15.12.2025 13:43

Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.

Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.

Paylaş: