Deputat TV-ləri topa tutdu - Arvadını qaçırırlar, deyir çox sağ olun - VİDEO

18.09.2025 12:01

“Biri çıxır televiziyaya deyir ki, filankəs yoldaşımı götürdü qaçırdı. O biri də deyir ki, bəs qayıtsa, bağışlamağa hazırsan? Deyir, hazıram, təki qayıtsın. Hamı da əl çalır… Bu, nədir belə?”

Primeinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elşad Musayev Prime Tv-nin efirində yayımlanan “Qırmızı Masa” verilişində bildirib.

Millət vəkili bəzi televiziya kanallarında yayımlanan bayağı verilişləri tənqid edib. Bu cür verilişlərin bir çox ailələrdə ər-arvad münasibətlərinə mənfi təsir göstərdiyini, boşanmaların artmasına təkan verdiyini vurğulayıb.

 

Поделиться: