Səhnədə Güllü adı ilə tanınan 52 yaşlı türkiyəli müğənni Gül Tut evində eyvandan yıxılaraq dünyasını dəyişib.
Primeinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə onun oğlu sosial şəbəkədə yazıb.
O, hadisənin intihar deyil, qəza olduğunu iddia edib. Bildirib ki, Güllü qızı və qızının rəfiqəsi ilə evinin eyvanında rəqs edərkən, müvazinətini itirib və 5-ci mərtəbədən yerə yıxılıb. Həkimlərin müayinəsindən sonra onun öldüyü müəyyən edilib.
Respublika Prokurorluğunun göstərişi ilə Çınarcık Rayon Polis Şöbəsindı “yüksəkdən yıxılma” ilə bağlı araşdırmalara başlanılıb.