
Covid 19-la bağlı ciddi məhdudiyyətlərin olduğu 2020-ci ildə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi yenidən gündəmə gəlib.
Primeinfo.az xəbər verir ki, evdənçıxma yasağı olduğu dönəmdə Mehdiyevin komandasını başına toplayıb dəbdəbəli mərasim keçirməsi haqqında ilk görüntüləri qonaqlar arasında olan Aysel Teymurzadə yaymışdı. O zaman ictimai qınanma olsa da, heç bir hüquq tədbiri görülməmişdi.
Mehdiyevin çevriliş planı ifşa olandan sonra isə toy məclisi yenidən qızğın müzakirələr yaradıb. “Mehdiyevin ən yaxın ətrafı kimdir, o, çevrilişdə kimə stavka edə bilərdi” sualına çoxları “toy kadrlarından aydın görünür” cavabını verir.
Sözügedən toydan BDU-nun keçmiş rektoru, Ramiz Mehdiyevin ən yaxını Abel Məhərrəmovun çıxışını təqdim edirik.