Xəbər axtarın

Son axtarış nəticələri:

Daha 16 itkin-şəhid dəfn olunacaq - FOTO

27.10.2025 11:45

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 16 şəhid dəfn olunacaq.

Primeinfo.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhidlərin hamısı hərbçilərdir. Onlar Quliyev Abdulla Novruz oğlu, Şahhüseynov Lətif Qəribalı oğlu, Şahmurov Mübariz Ağahüseyn oğlu, Abbasov Rəfael Sultan oğlu, Mehdiyev İlham İmdad oğlu, Əliyev Əliyar Fərrux oğlu, Bayramov Azər Zirəddin oğlu, Quliyev Elçin Balaxan oğlu, Əzizov Fikrət Abbas oğlu, Rəhimov Cəmil Nizami oğlu, Nuriyev Aydın Nəriman oğlu, Hüseynov Çingiz Usub oğlu, Qəmbərov Səfər Qarsalan oğlu, Əliyev Mikayıl Atababa oğlu, Allahverdiyev Teymur Qüdrət oğlu, Heydərov Elçin Ağamməd oğludur.

İtkin şəhidlər oktyabrın 28-i, 29-u, 30-u və 31-də Bakı və regionlarda dəfn olunacaqlar.

 

Paylaş: