Xəbər axtarın

Son axtarış nəticələri:

Əkrəm İmamoğlunun müşaviri də saxlanıldı

31.10.2025 12:36


İstanbul bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun müşaviri İbrahim Özkan da saxlanılıb.

Primeinfo.az “TRT Haber”ə istinadən bildirir ki, o, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan korrupsiya istintaqı çərçivəsində tutulub.

Xatırladaq ki, Türkiyədə Əkrəm İmamoğlu barəsində “cəsusluq”, “cinayətkar təşkilatın rəhbəri olmaq”, “cinayətkar təşkilatın üzvü olmaq”, “hədə-qorxu ilə tələb etmə”, “rüşvət alma”, “ağırlaşdırılmış dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tender saxtakarlığı” ittihamı ilə istintaq aparılır.

 

Paylaş: