
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Fridrix Merts Ankarada qapalı formatda danışıqlara başlayıblar.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.
Bildirilib ki, bu, Fridrix Mertsin kansler qismində Türkiyəyə ilk səfəridir.
Merts daha əvvəl bildirib ki, iki ölkə arasında təkcə xarici siyasət və təhlükəsizlik məsələlərini deyil, həm də miqrasiya, energetika və ticarət məsələlərini əhatə edən xüsusi və çoxtərəfli münasibətlər var.