Xəbər axtarın

Son axtarış nəticələri:

"İrəvanda gəzmək, hər şeyi canlı görmək maraqlı idi” - FOTO

23.10.2025 17:35


Oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.

Primeinfo.az xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan nümayəndələri arasında olan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov İrəvana səfəri ilə bağlı təəssüratlarını “Facebook”da paylaşıb.

O qeyd edib ki, uzun illərdən sonra ilk dəfə Azərbaycan təyyarəsi İrəvanın Zvarnots hava limanında yerə enib:

“Görüş yüksək səviyyədə təşkil olunmuşdu və təhlükəsizlik təmin edilmişdi. Tədbir zamanı regionun geosiyasətindən tutmuş cəmiyyətlərimizdə narahatlıq doğuran mövzulara qədər geniş spektrli məsələlər müzakirə edildi. Əlbəttə, İrəvanda gəzmək, hər gün informasiya resurslarında gördüyümüz hər şeyi canlı görmək maraqlı idi”.

Paylaş: