Xəbər axtarın

Son axtarış nəticələri:

Oqtay Şirəliyevin yerinə baş direktor seçildi

10.10.2025 17:32


“Respublika Diaqnostika Mərkəzi” ASC-yə yeni baş direktor seçilib.

Primeinfo.az xəbər verir ki, xəstəxananın baş direktoru vəzifəsinə Vəzirov Rəşid Şamil oğlu gətirilib.

Qeyd edək ki, R.Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 2021-ci ilin sentyabrından sabiq səhiyyə naziri Oqtay Şirəliyev “Respublika Diaqnostika Mərkəzi” ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib.

O.Şirəliyevin vəfatından sonra oktyabrın 9-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib.

Paylaş: