Xəbər axtarın

Son axtarış nəticələri:

Ramiz Mehdiyev işində 180 məmur İSTİNTAQA ÇAĞIRILIB

25.10.2025 10:32

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsi ittihamı ilə bağlı istintaq hərəkətləri davam edir.

Primeinfo.az Bakupost.az-a istinadən yazır ki, artıq 180-dən çox keçmiş vəzifəli şəxs istintaqa çağırılıb.

“30-dan çox icra başçısı və keçmiş icra başçıları da ifadəyə çağırılıb. Mehdiyev işi üzrə çox sayda millət vəkilinin də ifadəsi alınıb. Vasıf Talıbov və ona yaxın bəzi iş adamlarının da adı Mehdiyev işində hallanır”.

Cinayət işi çərçivəsində Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışları yasaqlanıb.

Qaynaq Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Timur Mehdiyev və qızı Kamilə Əliyevanın artıq ölkədən kənara çıxa bilmədiyini bildirir. Bundan başqa, Mehdiyevin kürəkəni – keçmiş deputat İlham Əliyev barəsində də ölkədən çıxışa qadağa qərarı qüvvədədir.

Məlumata görə, istintaq çərçivəsində artıq təkcə Ramiz Mehdiyev deyil, onun ailə üzvlərindən Qalina Mehdiyevanın da dindirilib. Bu fakt Mehdiyevlərin cinayət işi üzrə yalnız ailə üzvü kimi deyil, potensial iştirakçı və ya məlumat daşıyıcıları kimi dəyərləndirildiyini göstərir.

Paylaş: