Xəbər axtarın

Son axtarış nəticələri:

ANAMA Hadrut və Ağdamda mina təhlükəsizliyi tədbiri keçirdi -FOTO

20.11.2025 19:00

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri Hadrut qəsəbəsinə, Xocavənd rayonunun Qırmızı Bazar və Sos kəndlərinə, həmçinin Ağdam rayonunun Xıdırlı kəndinə köçən sakinlər üçün Partlayıcı Sursat Riskləri üzrə Maarifləndirmə tədbiri keçib.

Primeinfo.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, sakinlərə əsas təhlükəsizlik qaydaları, şübhəli ərazilərin əlamətləri, xəbərdarlıq işarələri barədə məlumat verilib, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamaq və şübhəli obyektlərə toxunmamaq barədə xəbərdarlıq olunub.

Agentliyin nümayəndələri sakinlərə müxtəlif növ maarifləndirici və təlimat xarakterli çap materialları paylayıb.

Paylaş: