
Azərbaycan və Botsvana diplomatik münasibətlər qurub.
Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi sosial media hesabında məlumat yayıb.
Bəyanatda deyilir:
“11 noyabr 2025-ci il tarixində Nyu-Yorkda Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev və Botsvananın BMT-dəki daimi nümayəndəsi Çarlz Masole iki ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında Birgə Kommünike imzalayıblar”.
Sənəddə, vurğulanır ki, hər iki dövlətin hökumətləri diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və onların daxili işlərinə qarışmamaq prinsipini əsas tuturlar.
Daimi nümayəndələr, həmçinin Birgə Kommünikenin BMT sənədi kimi yayılması üçün qurumun Baş katibinə məktub ünvanlayıblar.
