
İordaniya ilə əczaçılıq sahəsində müştərək layihələrimiz ola bilər.
Primeinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan və İordaniya arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində keçirilən brifinqdə maliyyə naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, iki ölkənin kənd təsərrüfatı sahəsində kifayət qədər potensialı mövcuddur:
“Biz İordaniya bazarında bu sahənin potensialını görürük. Turizm sahəsində hər iki ölkədən turistik axın var və Azərbaycana səfər edən İordaniya turistlərinin sayı ötən illə müqayisədə bu il 50 faiz artıb. İordaniyanın 37 vətəndaşı Azərbaycanda təhsil alır”.