Xəbər axtarın

Son axtarış nəticələri:

Müğənnilərin fantastik Yeni il qiymətləri

27.12.2025 19:50

Müğənnilərin fantastik Yeni il qiymətləri
Artıq 2026-cı ilə sayılı günlər qalıb. Bayram yaxınlaşdıqca insanlar əylənmək, Yeni ili korporativ tədbirlərdə sevdikləri müğənnilərlə birlikdə keçirmək istəyirlər. Tanınmış sənətçiləri konsertlərdə canlı görmək bir çoxunun arzusudur.

Bəs bu arzunu həyata keçirmək neçəyə başa gəlir? Yeni il tədbirlərində müğənnilərin səhnə qiymətləri nə qədərdir?

Primeinfo.az-ın Qafqazinfo-ya istinadən məlumata görə, 2025-ci il üçün yerli şou-biznes ulduzlarının Yeni il proqramlarında iştirak haqqı artıq bəllidir:

Belə ki, Xalq artistləri – Aygün Kazımova və Röya Ayxan ən yüksək qonorar alan sənətçilər sırasındadır. Hər iki müğənninin toy mərasimində çıxışı 10 min, korporativ tədbirlərdə isə 15 min manat təşkil edir. Onların proqramına 6 mahnı daxildir.

Müğənnilərin fantastik Yeni il qiymətləri
Digər müğənnilərin Yeni il tədbirləri üçün müəyyənləşən qonorarları da açıqlanıb. Belə ki, Xalq artisti Miri Yusif 30 dəqiqəlik proqramla tədbirlərdə 8 min manata çıxış edir.

Müğənnilərin fantastik Yeni il qiymətləri
Xalq artistləri – Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva və Brilliant Dadaşova isə hər biri 30 dəqiqəlik səhnə proqramına görə 7 min manat qonorar tələb edir.
Müğənnilərin fantastik Yeni il qiymətləri
Müğənni Nigar Camal altı mahnıdan ibarət çıxışı üçün 6 min manat alır.

Müğənnilərin fantastik Yeni il qiymətləri

Meyxanaçı Namiq Qaraçuxurlu altı mahnı ilə tədbirlərdə 5 min manata çıxış edir.
Müğənnilərin fantastik Yeni il qiymətləri
Murad Arifin 30 dəqiqəlik səhnə proqramının qiyməti isə 4 min manatdır.
Müğənnilərin fantastik Yeni il qiymətləri
Bundan başqa, Xalq artisti Eyyub Yaqubov toy mərasimlərində 30 dəqiqəlik çıxış üçün 5 min, korporativ tədbirlərdə isə 7 min manat qonorar alır.
Müğənnilərin fantastik Yeni il qiymətləri
Əməkdar artist Lalə Məmmədova 30 dəqiqəlik proqramla tədbirlərdə 4 min manat qarşılığında iştirak edir.
Müğənnilərin fantastik Yeni il qiymətləri

Paylaş: