Xəbər axtarın

Son axtarış nəticələri:

Balakəndə çoban iti kişini parçalayaraq öldürdü

10.11.2025 23:38

 

Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.

Primeinfo.az-ın məlumatına görə, hadisə rayonun Mahamalar kəndində baş verib.

Sakin, 1942-ci il təvəllüdlü Məhəmməd Atayev kəndin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən nəzarətsiz qalan çoban iti ona hücum edib. Ağır xəsarətlər alan 83 yaşı M.Atayev hadisə yerində ölüb.

Məlumata görə, it bir neçə ay əvvəl də M.Atayevə hücum edərək onu yaralayıb.

Fakt araşdırılır.

Paylaş: