
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4562,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artıb.
Dövlət Statistika Komitəsindən Primeinfo.az-a verilən məlumata görə, neft məhsullarından mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 10,1 faiz, qazoylların (dizel yanacağının) istehsalı 7,2 faiz, ağ neft istehsalı 4,9 faiz, avtomobil benzininin istehsalı isə 2 faiz artıb.
Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 9,8 faiz, sürtkü yağları istehsalı isə 45,6 faiz azalıb.
Azərbaycanda istehsal olunan neftməhsulları:
