Xəbər axtarın

Son axtarış nəticələri:

Bu yolda sürət həddi endirildi: sürücülərə xəbərdarlıq edildi

26.11.2025 20:14

“Şamaxı yolu” adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik hissəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi saatda 100 km-dən 90 km-ə endirilib.

Bu barədə Primeinfo.az-a Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

“Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik”, – məlumatda bildirilib.

Paylaş: