Xəbər axtarın

Son axtarış nəticələri:

Cəlilabadda avtomobil aşıb: YARALANANLAR VAR

10.11.2025 22:41


Cəlilabadda baş verən qəzada 3 nəfər xəsarət alıb.

Primeinfo.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun 87-ci km-də qeydə alınıb.

Hərəkətdə olan “Kia” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.

TƏBİB-dən verilən məlumata görə, xəsarət alanlar (1-i kişi, 2-si qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda hər 3 şəxsin vəziyyəti stabil olaraq qiymətləndirilir, müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: