
Ermənistanda hərbçilər minaya düşüb.
Primeinfo.az xəbər verir ki, bu barədə “news.am” Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, iki nəfər müqaviləli hərbçi Vardenisdə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan şəraitdə minaya düşərək xəsarət alıblar.
Onların həyati təhlükəsinin olmadığı bildirilir.