
Bir neçə gün öncə Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyeva ana olub. Körpəyə Rəşad adı verilib.
Primeinfo.az Gencexeber.az-a istinadən məlumatına görə, o, Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Ginekologiya və doğum şöbəsindən dünən evə buraxılıb.
Yeni doğulan körpənin dünyaya gəlməsi münasibətilə Vəli Xuluflu küçəsində yerləşən restoranlardan birində ailə məclisi təşkil olunub.
Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də baş verən raket hücumu nəticəsində Sevil Əliyeva hər iki valideynini itirmiş, 8 yaşlı qardaşı Hüseynlə birlikdə ana nənəsinin himayəsinə verilmişdi.
2023-cü ildə isə Sevil faciə gecəsi onu dağıntılar altından xilas edən Talış adlı gənclə ailə həyatı qurub.