Xəbər axtarın

Son axtarış nəticələri:

Metroda ödəniş üsullarında YENİLİK

01.11.2025 15:46

Bakı metropolitenində keçid zamanı test rejimində NFC texnologiyasını dəstəkləyən bütün yerli bank kartları, eləcə də Apple Pay və Google Pay vasitəsilə ödəniş etmək mümkündür.

Bu barədə Primeinfo.az-a Bakı Metropoliteni QSC-dən bildirilib.

“Yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında – “Xocəsən”, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”da – sınaq mərhələsində tətbiq olunur və yaxın zamanda bütün xətlər üzrə aktivləşdiriləcək.

Sınaq mərhələsində texniki çətinliklərlə qarşılaşdıqda, sərnişinlər “BakıKart” və ya digər mövcud ödəniş üsullarından istifadə edə bilərlər”, – deyə qeyd olunub.

Paylaş: