Xəbər axtarın

Son axtarış nəticələri:

Misli Premyer Liqasında XI turun növbəti oyunu baş tutdu

07.11.2025 20:13

Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Primeinfo.az-ın məlumatına görə, günün ikinci matçında “Qəbələ” “Sumqayıt”ı qəbul edib.

Qarşılaşma “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.

54-cü dəqiqədə Rüstəm Əhmədzadə, 81-ci dəqiqədə Aleksandr Ramalinqom fərqlənib.

Xallarının sayını 20-yə çatdıran “Sumqayıt” hələlik ikinci pillədə qərarlaşıb.

“Qəbələ” 5 xalla onuncudur.

Günün ilk matçında “Şamaxı” “İmişli”ni üstələyib – 1:0.

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

Paylaş: