Xəbər axtarın

Son axtarış nəticələri:

Politoloq: “Rusiyadan hər cür təxribat gözləmək olar” – VİDEO

26.11.2025 13:40


“Rusiyadan hər an müxtəlif təxribatlar gözləmək olar”.

Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində politoloq Elxan Şahinoğlu səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan müharibədə qələbə qazanıb, ərazi bütövlüyünü bərpa edib və Rusiya hərbçilərini ölkə ərazisindən çıxarıb. Buna baxmayaraq, Rusiyanın regionda müəyyən imkanları hələ də qalır.

Politoloq bildirib ki, Moskvanın Bakıya təsir imkanları əvvəlki kimi güclü olmasa da, müxtəlif yollarla regionda gərginlik yaratmağa çalışa bilər:

“Rusiyanın Ermənistan üzərindən vəziyyəti qarışdırmaq, orada çevriliş cəhdi etmək və ya Gürcüstanda prosesləri gərginləşdirmək potensialı var. Təbii ki, bu cür addımlar Azərbaycanın da maraqlarına zərər vura bilər”.

Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycan təkcə öz təhlükəsizliyini deyil, bütün Cənubi Qafqazın sabitliyini düşünür:

“Regionun yenidən Rusiyanın təsir dairəsinə düşməsinə imkan vermək olmaz. Ona görə də Moskvanın hər cür təxribatına qarşı daim ayıq olmaq vacibdir”.

Ətraflı “Qırmızı masa”da:

Paylaş: