Xəbər axtarın

Son axtarış nəticələri:

Şəhidin hərbçi oğlu faciəvi şəkildə öldü

27.11.2025 11:45

Birinci Qarabağ müharibəsi şəhidi Elman Məhərrəmovun oğlu İsmayıl Əzimli dünyasını dəyişib.

Primeinfo.az “Unikal”a istinadən xəbər verir ki, hadisə Goranboy rayonunun Ağcakənd qəsəbəsində yerləşən N saylı hərbi hissədə qeydə alınıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin bölük komandiri, baş leytenant 1993-cü il təvəllüdlü Əzimli İsmayıl Elman oğlu hündür qayalıqdan yıxılıb. Baş leytenant aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Məlumata görə, hadisə 32 yaşlı hərbçinin xidmət etdiyi hərbi hissəsinin yaxınlığında olub.

Baş leytenant 1993-cü il təvəllüdlü İsmayıl Əzimli doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılıb.

Faktla bağlı Gəncə şəhər hərbi prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

 

 

 

 

Paylaş: