Xəbər axtarın

Son axtarış nəticələri:

7 ölkə ilə viza qismən ləğv edildi - Prezident TƏSDİQLƏDİ

15.12.2025 14:27


Azərbaycan Prezidenti İlham Əliyev altı ölkə ilə diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişləri təsdiqləyib.

Primeinfo.az-ın məlumatına görə, dövlət başçısı Anqola, Bəhreyn, Cibuti, Dominikan, Qvineya-Bisau, Surinamla analoji sazişləri təsdiq edib.

Eyni zamanda, Azərbaycanla Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib.

Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Qanuna əsasən, 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.

 

Paylaş: