
“87 yaşı Ramiz Mehdiyev, 75 yaşlı qulağı eşitməyən Abbas Abbasov… Yəni, gerçəkdənmi Rusiya onları hakimiyyətə gətirmək istəyirdi?”
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.
Onun sözlərinə görə, Rusiyanın Azərbaycanda fəaliyyət göstərən “5-ci kolon”u tam ifşa edilməli, Vətənə xəyanət edən hər kəs cəzasını almalıdır:
“Birinci Qarabağ savaşında Azərbaycan üçün canından keçməyə hazır olan insanlar ayda 80 manat təqaüd alır. İkinci Qarabağ savaşında döyüşən qazilər üstünə benzin töküb, özünü yandırıb. Azərbaycan dövlətinin qurulması üçün fədakarlıq edən insanların bəziləri ölkədən çıxıb gedib. Bəziləri isə səfalət içində yaşayır.
Amma Rusiya maraqlarına xidmət edən və Azərbaycanın milli maraqlarını hər fürsətdə ayaq altına atanlar zənginlik içində yaşayır, kef edirlər”, – A.Muradxanlı bildirib.
Davamı “Qırmızı masa”da: