Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan XİN BƏƏ və Laosu təbrik etdi

02.12.2025 10:00

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Milli Günü münasibətilə təbrik edib.

Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.

“Dost Birləşmiş Ərəb Əmirliklərinə Milli Gün münasibətilə təbriklərimizi çatdırır, onun Xalqına və Hökumətinə ən xoş arzularımızı bildiririk.

Milli Günün mübarək, BƏƏ!”, – paylaşımda qeyd olunub.

XİN, həmçinin digər paylaşımla Laosun da Milli Gününü təbrik edib:

“Laos Xalq Demokratik Respublikasının Xalqını və Hökumətini Milli Gün münasibətilə səmimi təbrik edirik. Milli Gününüz mübarək, Laos!”.

Paylaş: