Xəbər axtarın

Son axtarış nəticələri:

Britaniya səfiri: “Azərbaycan parlamenti ilə əlaqələrimizlə fəxr edirik”

10.12.2025 19:38

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 10-da ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysla görüşüb.

Primeinfo.az-ın xəbərinə görə, görüşdə qeyd olunub ki, bu gün iki ölkə arasındakı ikitərəfli əməkdaşlıq iqtisadiyyat, ticarət, enerji, o cümlədən bərpaolunan enerji, təhsil, müdafiə sənayesi və digər sahələri əhatə edir.

İki ölkə arasındakı münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanaraq, bu baxımdan Prezident İlham Əliyevin Birləşmiş Krallığa səfərlərinin, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin ötən il COP29-da iştirak üçün ölkəmizə səfərinin ikitərəfli əməkdaşlıq gündəliyi baxımından önəmi diqqətə çatdırılıb.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da görüşlə bağlı X hesabında paylaşım edib.

Səfir yazıb ki, onlar Böyük Britaniya-Azərbaycan parlament əlaqələri ilə fəxr edir:

“Bugünkü görüşdə ümumi prioritetlər üzrə dialoqun təşviqinin vacibliyini bir daha təsdiqləndi və Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyi bildirildi”.

Paylaş: