Xəbər axtarın

Son axtarış nəticələri:

Gümüşün qiyməti yenidən qalxdı

27.12.2025 10:38

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

Primeinfo.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 1,11% artaraq 4 552,7 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 7,69% artaraq 77,196 ABŞ dolları olub.

Paylaş: