
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Şamaxı sakinlərinin evində qonaq olub.
Primeinfo.az xəbər verir ki, o bu barədə görüntüləri instaqram hesabında paylaşıb.
“Şamaxı rayonunun Şirvan kənd sakini İxtiyar Qocayevin və Meysəri kənd sakini Vəli Şahverdiyevin evlərində qonaq olduq. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm”, – L.Əliyeva paylaşımına əlavə edib.