
Almaniya Kansleri Fridrix Merts dekabrın 9-da Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edəcək.
Primeinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hill məlumat verib.
“Dekabrın 9-da, təxminən saat 16:00-da (Bakı vaxtı ilə 19:00 – red.) Almaniya kansleri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Danışıqlarda ikitərəfli iqtisadi əməkdaşlıq, regional məsələlər və Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunacaq”, – deyə Hill bildirib.
Danışıqlardan sonra liderlərin birgə mətbuat konfransı planlaşdırılır.