Xəbər axtarın

Son axtarış nəticələri:

Nazarbayev və Putin Moskvada görüşüblər - VİDEO

29.12.2025 11:51

Rusiya Prezidenti Vladimir Putin şənbə günü Moskvada Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevlə görüşüb.

Primeinfo.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Putinin Kremlin iqamətgahında qeyri-rəsmi şəraitdə baş tutub.

Kreml görüşün şəxsi xarakter daşıdığını açıqlayıb və səfərin qeyri-rəsmi olduğunu bildirib.

Bu görüş Putin və Nazarbayev arasında 2025-ci ildə ikinci üzbəüz təmasdır. Onlar sonuncu dəfə bu ilin mayında görüşüblər.

 

Paylaş: